Təhsil krediti almaq üçün 17 mindən çox tələbə müraciət edib

Tokio, 30 dekabr , /AJMEDIA/

Elm və Təhsil Nazirliyi təhsil tələbə kreditləri (TTK) ilə bağlı yekun statistikanı açıqlayıb.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, təhsil tələbə kreditlərinin verilməsinə başlanıldığı 2021-ci il noyabrın 25-dən cari ilin noyabrın 30-dək fonda 17 mindən çox tələbə müraciəti daxil olub. 2022-2023-cü tədris ilinin payız semestri üzrə 7 mindən çox tələbə müraciət edib. Onlardan 4265 tələbənin müraciəti rəsmiləşdirilib. Həmin müraciətlər üzrə 1641 nəfər sosial TTK, 2624 nəfər isə standart TTK-dan yararlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts