Təbrizdə İran-Azərbaycan əlaqələrinin perspektivləri müzakirə edilib

Tokio, 4 mart , /AJMEDIA/

Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliyənnağı Hüseynov İranın Şərqi Azərbaycan vilayətinin valisi (ostandar) Malik Rəhməti ilə görüşüb.

AJMEDIA xəbər verir ki, görüşdə hər iki ölkənin sərhəd bölgələrinin ticarət əməkdaşlığının perspektivləri müzakirə edilib.

Vali nəzərə çatdırıb ki, qonşu ölkələrlə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi İran siyasətinin prioritet istiqamətidir. Azərbaycan İranın yaxın qonşusudur və əlaqələr hər iki tərəf üçün faydalıdır.

Baş konsul Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və istehsal potensialı haqqında məlumat verərək turizm, ticarət, nəqliyyat və tranzit sahəsində hər iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini bildirib.

Həmçinin görüşdə İran ərazisindən keçməklə Ağbənd-Culfa yolunun tikintisinə toxunulub. Qeyd olunub ki, bu yol yalnız İran ilə Azərbaycanın deyil, bütün region ölkələrinin iqtisadi-ticarət, nəqliyyat və tranzit əlaqələrinin inkişafına əlavə təkan verəcək.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, meydana çıxan problemlərin həlli yolları müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts