Britaniyadakı qanunsuz miqrantlar 10-12 həftə ərzində Ruandaya yollanacaq

Tokio, 22 aprel , /AJMEDIA/

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Birləşmiş Krallığa qanunsuz yollarla gələn miqrantları Ruandaya aparan uçuşların 10-12 həftə ərzində başlayacağını bildirib.

AJMEDIA xəbər verir ki, Baş nazir keçirdiyi mətbuat konfransında bunun qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün təsirli bir maneə rolunu oynayacağını qeyd edib. Rişi Sunak bildirib ki, qanun layihəsinin son hissəsi bu gün hər nə cür olursa-olsun parlamentdən keçəcək və bundan sonra qanunsuz miqrantlar 10-12 həftəyə Ruandaya yollanacaq.

Xatırladaq ki, Ruandaya miqrantları aparacaq ilk reys 2022-ci ilin iyununda yola çıxmalı idi, lakin hüquqi problemlər səbəbindən sonra bu, ləğv edilmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts