“Şuşa ili”nə həsr olunan respublika gənclər konfransına tezis qəbulu aparılır

Tokio, 16 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə oktyabrın 4-də “Şuşa İli”nə həsr olunan “Ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə Şuşa” mövzusunda respublika gənclər konfransı keçiriləcək.
Ədəbiyyat Muzeyindən bildirilib ki, məruzə tezisləri avqustun 1-dək qəbul ediləcək. Konfrans haqqında daha ətraflı məlumatla və məruzə tezislərinin tərtibi qaydaları ilə muzeyin saytında tanış olmaq mümkündür.
Konfransdan sonra onun materialları PDF formatında muzeyin saytında yerləşdiriləcək.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts