Süddən imtina edilməsi orqanizmdə qida maddələri çatışmazlığı yaradır

Tokio, 1 may , /AJMEDIA/

Deyilənə görə, süd məhsulları həzm pozuntusu, autoimmun xəstəlikləri, piylənməyə səbəb ola bilər. Əslində bu, həqiqətdən uzaqdır.
AJMEDIA “MedikForum”a istinadla xəbər verir ki, həkim-endokrinoloq, diyetoloq Oksana Mixaleva bu fikrin tərəfdarıdır.
Həkim bildirib ki, süddən imtina edilməsi daha çox orqanizmə ziyan vura bilər, çünki bu, qida maddələri çatışmazlığına səbəb olur. Mixaleva vurğulayıb ki, məhz süd məhsulları insan orqanizmi üçün əsas kalsium tədarükçüsü rolunu oynayır, onların nəzərə alınmaması kalsium defisitinə gətirə bilər. Əlli yaşdan sonra bu mikroelementin çatışmazlığı osteoporozun inkişafına səbəb ola bilər.
Bundan əlavə, südün tərkibində tez həzm olunan zülal var. Uşaqlarda, yeniyetmələrdə, reproduktiv yaşda olan qadınlarda, yaşlı insanlarda, idmançılarda və fiziki fəaliyyətlə məşğul olan insanlarda bu cür zülala ehtiyac çox yüksəkdir.
Südün tərkibində daha nələr var? O, B qrupu (В12, В1, В6) vitaminləri, A vitamini, C vitamini, fosfor, sink, dəmir, selen kimi sağlamlıq üçün vacib olan vitaminlər və mikroelementlərin mənbəyidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts