Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7 yoluxma faktı qeydə alınıb

Tokio, 12 iyun , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 86 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 69 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 468, bu günə qədər isə ümumilikdə 6 milyon 921 min 407 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts