Son 20 ildə aparılan iqtisadi islahatlar səmərəli biznes mühitinin formalaşmasına səbəb olub

Tokio, 17 fevral , /AJMEDIA/

Son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar ölkədə səmərəli biznes mühitinin formalaşmasına səbəb olub. İş adamları və biznes strukturlarına yaradılan şərait və göstərilən dövlət dəstəyinin nəticəsidir ki, qeyri-neft sektoru inkişaf edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət evinin rəhbəri Ramin Şərifov deyib. O bildirib ki, ötən 2023-cü ildə 3276 investisiya layihəsini maliyyələşdirmək üçün 193,8 milyon manat kredit verilib. Bu kreditlər sayəsində 3 mindən çox yeni iş yeri yaradılıb. Ötən il işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən 4 layihəyə güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılan güzəştli kreditlərin ümumi məbləği 11,5 milyon manat olub. Bu faktlar onu göstərir ki, sahibkarlığın inkişafı ölkədə ümumilikdə iqtisadi artıma zəmin yaradır, qeyri-neft sektorunun inkişafına səbəb olur.

R.Şərifov nəzərə çatdırıb ki, biznesin inkişafı dövlət büdcəsinə daxil olan vəsaitin də artmasına, bu isə öz növbəsində sosial rifahın yüksəlməsinə təsir göstərir.

“Cari ilin yanvar ayında ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb ki, bu da sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsidir. Müqayisə üçün deyə bilərik ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir”, – deyə ticarət evinin rəhbəri bildirib.

Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində valyuta ehtiyatlarımız, ÜDM, maliyyə sistemimizin göstəriciləri ilə bağlı qeyd etdiyi məqamlara ölkədə sahibkarlıq mühitinə yaradılan şəraitin, aparılan iqtisadi islahatların nəticəsində nail olunub. Bu islahatlar Azərbaycanın güclənməsinə, hərbi potensialın artmasına və erməni işğalında qalan Qarabağın azad edilməsinə səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts