Sofiyada dörd Avropa ölkəsi ilə Azərbaycan arasında qaz tədarükünə dair Anlaşma Memorandumu imzalanıb

Tokio, 25 aprel , /AJMEDIA/

Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), “FRGZ” (Macarıstan), “EURSTREAM” (Slovakiya) şirkətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

AJMEDIA xəbər verir ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rozen Xristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman tərəfindən imzalanıb.

Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik halqası” adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, sənədin imzalanması Bolqarıstan tərəfindən təklif olunub

Follow us on social

Facebook Twitter Youtube

Related Posts