SOCAR 2021-ci ili yüksək göstəricilərlə başa vurub

Tokio, 8 iyul , /AJMEDIA/

Ötən il SOCAR-ın gəlirinin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.
Şirkətdən AJMEDIA-ya bildirilib ki, həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində SOCAR 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Şirkətin ümumi dövriyyəsi 56,3 faiz artaraq 77,5 milyard manata çatıb. Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts