Serbiya 2023-cü ildə Azərbaycan təbii qazını idxal etməyi planlaşdırır

Tokio, 14 iyul , /AJMEDIA/

Serbiya 2023-cü ildən etibarən Azərbaycan təbii qazını idxal etməyi nəzərdə tutur.
AJMEDIA xəbər verir ki, bunu Serbiyanın energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib. Nazir bildirib ki, Serbiya ilə Bolqarıstan arasında boru kəmərinin inşasının tamamlanması ilə ölkəsi gələn ildən Azərbaycandan qaz almağa başlaya bilər.
Qeyd edək ki, iyulun 8-də Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verilib. Bu interkonnektor Azərbaycan qazının Balkan ölkələrinə də nəqlinə imkan yaradacaq.
Bolqarıstanla boru kəmərinin istifadəyə verilməsi sayəsində Serbiya, həmçinin Yunanıstan üzərindən maye təbii qaz almaq imkanı əldə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts