Sahib Ələkbərov: İşğaldan azad edilmiş ərazilərimizin əhalimiz və turistlər üçün cəlbedici bir bölgəyə çevrilməsinə hamımız çalışmalıyıq

Tokio, 26 dekabr, /AJMEDIA/

“İşğaldan azad edilmiş ərazilərin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

AJMEDIA xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini deyib: “Bu istiqamətlərdə görüləsi işlərimiz daha çoxdur və hər birimiz elə etməliyik ki, bütün sahələrdə innovativliyi təmin etməklə həyata keçirdiyimiz işlərin səmərəliliyini artıraq, işğaldan azad olunmuş ərazilərimizdə normal həyat şəraitini bərpa etməklə yanaşı, həmin əraziləri nümunəvi, əhalimiz və turistlər üçün cəlbedici bir bölgəyə çevirək”.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiya olunmasının iqtisadiyyatımızın nəzərəçarpacaq dərəcədə artmasına öz töhfəsini verəcəyini vurğulayan S.Ələkbərov bildirib ki, bu sadəcə bir artım olmamalıdır. “Bu ərazilərdəki münbit torpaqlar və iqlim şəraiti, hər şeyin sıfırdan başlayaraq qurulması bizə imkan verir ki, işğaldan azad olunmuş ərazilərimizdə ən yeni texnologiyalardan, innovativ üsullardan geniş istifadə etməklə istehsal olunacaq məhsulların yüksək rəqabətə davamlı, əsasən ixracyönümlü olmasını və çox hissəsinin xaricə ixrac olunmasını təmin edək.

Göründüyü kimi işlərimiz çoxdur. Lakin, nəzərdə tutulan bütün işlərin həyata keçirilməsi üçün iqtisadiyyatımız lazımi imkanlara malikdir və biz onları mərhələ-mərhələ, uğurla reallaşdıracağıq”, – deyə nazir müavini qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts