“Şahdəniz”dən hasil edilən qazın 60 faizi ixrac edilib

Tokio, 13 fevral , /AJMEDIA/

Ötən ay ərzində respublikada 4,3 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən bildirilib ki, qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 2,4 milyard kubmetri “Şahdəniz”, 0,13 milyard kubmetri “Abşeron”, 0,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Bu il ötən ilin müvafiq dövrünə nisbətən 30 milyon kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 2,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,4 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən fevralın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 6,3 faiz artımla 217,4 milyard kubmetr, “Şahdəniz”dən isə 14,3 faiz artımla 211,4 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 59,1 faizi yəni, 150 milyard kubmetri ixraca nəql edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts