“Şahdəniz”dən 170 milyard kubmetr qaz hasil edilib

Tokio, 13 avqust , /AJMEDIA/

“Şahdəniz”dən ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən 170 milyard kubmetr qaz və 38 milyon ton kondensat əldə edilib.
BP-dən AJMEDIA-ya bildirilib ki, “Şahdəniz 2” layihəsi çərçivəsində tikinti işləri qərb-cənub cinahından hasilatın başlanması qrafikinə uyğun irəliləyib, əsas sualtı quraşdırma işləri başa çatıb, sualtı xətlərin birləşdirilməsi üçün dalğıc işləri tamamlanıb, qərb-cənub cinahı layihəsi üçün “Şahdəniz Bravo” platformasının üzərində aparılan tikinti işləri başa çatmaq üzrədir, ilkin istismar sınaqları və yoxlama işləri davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts