Rusiyanın iqtisadi inkişaf naziri Ələt Azad İqtisadi Zonasında və Bakı Gəmiqayırma Zavodunda olub

Tokio, 28 oktyabr , /AJMEDIA/

Ölkəmizdə səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt Azad İqtisadi Zonasında və Bakı Gəmiqayırma Zavodunda olublar.
İqtisadiyyat Nazirliyindən AJMEDIA-ya bildirilib ki, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov zavodun fəaliyyəti barədə məlumat verib.
Qeyd edilib ki, 2011-ci ildə təsis edilən zavodda gəmilərin tikintisi və təmiri həyata keçirilir. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan müəssisədə indiyədək 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmiri və modernləşdirilməsi layihəsi icra olunub.
Ələt Azad İqtisadi Zonasında olan rəsmilərə İqtisadi Zonanın imkanları barədə məlumat verilib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov burada inşa edilən logistika mərkəzləri və digər görülən işlər barədə danışıb, yaradılan infrastrukturun investorlar üçün cəlbedici olacağını, İqtisadi Zonanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin potensialının genişlənməsində xüsusi rol oynayacağını vurğulayıb. Qeyd edilib ki, əlverişli coğrafi mövqedə yerləşən İqtisadi Zona qeyri-neft iqtisadiyyatının inkişafına, ixracyönümlü istehsalın və ixracın təşviqinə yeni imkanlar yaradacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts