Rusiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub

Tokio, 18 oktyabr , /AJMEDIA/

Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində təyyarənin yaşayış binasına çırpılması nəticəsində 13 nəfər həlak olub.
AJMEDIA xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 13 nəfər, o cümlədən 3 uşaq həlak olub, 19 nəfər yaralanıb. Hazırda binada dağıntıların aradan qaldırılması işləri davam edir. Hadisədən sonra 68 nəfər xilas edilib, 360 nəfər təxliyə olunub.
Xatırladaq ki, oktyabrın 17-də “Su-34” hərbi qırıcı təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb və yanıb. Sonra yanğın 9 mərtəbəli binaya keçib. Yanğın binanın 17 mənzilini bürüyüb. Təyyarənin heyəti katapult edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts