Rusiya aviaşirkəti Rostov–na–Donu şəhərindən Bakıya uçuşlara başlayacaq

Tokio, 30 dekabr, /AJMEDIA/

Rusiyanın “Azimut” aviaşirkəti Rostov–na–Donu şəhərindən Bakıya uçuş proqramının başlandığını elan edib.

AJMEDIA aviaşirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, uçuşlar 2022-ci il yanvarın 21-dən etibarən cümə günləri Rostov–na–Donu şəhərindən yola düşmə vaxtı saat 08:00-da, Bakıya çatma vaxtı saat 11:10-da, Bakıdan yola düşmə vaxtı saat 12:10-da, Rostov-na – Donu şəhərinə çatma vaxtı isə saat 13:15-dədir.

Rüsumlar nəzərə alınmadan bir tərəfə 25 avrodan başlayan aviabiletlər satışa çıxarılıb. Aviabiletləri və əlavə xidmətləri “Azimut” aviaşirkətinin rəsmi saytında əldə etmək olar.

Hazırda aviaşirkət Bakıya reysləri Mineralnıye vodı şəhərindən həyata keçirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts