Respublika Gənclər Kitabxanası Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Tokio, 4 noyabr , /AJMEDIA/

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan Zəfər Günü ilə əlaqədar həyata keçirdiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində Azərbaycan, rus və ingilis dilində “Gənclər Vətənin keşiyində” adlı virtual sərgi, “Müstəqil Azərbaycan, azad Qarabağ” adlı virtual və “Tarixi qələbə, Zəfər Günü” adlı ənənəvi kitab sərgisi, “Zəfər tariximizin şanlı səhifəsi – 8 noyabr” adlı videomaterial, “Vətən müharibəsi – Zəfər tariximiz haqqında ədəbiyyatın kitabxanalarda təbliği” adlı metodiki vəsait hazırlayaraq istifadəçilərə təqdim edib.
Respublika Gənclər Kitabxanasından AJMEDIA-ya bildirilib ki, kitabxana əməkdaşlarının üç dildə hazırladığı “Gənclər Vətənin keşiyində” virtual kitab sərgisində Azərbaycan hərb tarixinə, qəhrəman Azərbaycan oğullarına həsr olunmuş “Vətən simurqları”, “Qanları ilə dastan yazanlar”, “Arzuların şəhidi” və s. kimi 20-dən çox kitab sərgilənib, onların annotasiyaları verilib.
“Müstəqil Azərbaycan, azad Qarabağ” adlı virtual kitab sərgisində və “Zəfər tariximizin şanlı səhifəsi – 8 noyabr” adlı videomaterialda qəhrəman Azərbaycan xalqının iradəsi, uzun illər qəlbində yaşatdığı Vətən həsrəti və bu həsrətin sonunda qazandığı qələbə sevinci öz əksini tapır. Materiallarda müharibənin xronologiyası, qazanılan qələbə, Ali Baş Komandan Prezident İlham Əliyevin televiziyada çıxışları, xarici mətbuata verdiyi müsahibələr, “Böyük qayıdış”ın görüntüləri, 2020-ci ildən sonra Şanlı Zəfər tarixi mövzusunda dərc edilən onlarla kitabın biblioqrafik təsviri verilib.
Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində istifadə üçün nəzərdə tutulmuş “Vətən müharibəsi – Zəfər tariximiz haqqında ədəbiyyatın kitabxanalarda təbliği” adlı metodiki vəsaitdə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam, Ali Baş Komandan İlham Əliyevin xalqa müntəzəm müraciətləri, 44 günü əhatə edən Şanlı Zəfər tariximizin xronologiyası, Zəfər tariximiz mövzusunda ədəbiyyatın kitabxanalarda təbliği mövzusuna dair tövsiyələr, virtual sərgi, fotoqalereya öz əksini tapıb.
Materialların hər biri kitabxananın rəsmi saytında yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts