Rəşad Nəbiyev: Bu gün Azərbaycanda rəqəmsallaşma arzu olunan səviyyədə deyil

Tokio, 28 aprel , /AJMEDIA/

Bu gün Azərbaycanda rəqəmsallaşma, rəqəmsal transformasiya arzu olunan səviyyədə deyil.
AJMEDIA xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Bildirib ki, bu gün Azərbaycanda olan kiçik və orta sahibkarlıq subyektlərini dünyada olan digər tərəfdaşları ilə müqayisə etmiş olsaq görərik ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində iqtisadi subyektlərin 90 faizi kiçik və orta sahibkarlıq subyektləridir, amma onların ölkə iqtisadiyyatında yaratdıqları dəyər təxmini 60 faiz ətrafındadır. “Bizdə isə kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadi agentliklər arasındakı payı 99,5 faizidir, amma yaratdıqları dəyər 13 faizə yaxındır və bu 5 dəfəyə yaxın fərq deməkdir. Bunun yeganə izahı isə kiçik və orta sahibkarlıqların rəqəmsallaşma və innovasiyalara kifayət qədər yatırım etməməsidir”, – deyə nazir əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts