Qırğızıstan-Özbəkistan sərhədlərinin delimitasiya prosesi yekunlaşır

Tokio, 20 oktyabr , /AJMEDIA/

Qırğızıstan-Özbəkistan sərhədlərinin delimitasiyası ilə bağlı müzakirələr yekun mərhələyə daxil olub.
AJMEDIA xəbər verir ki, bu barədə Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib. Onun sözlərinə görə, ölkələr arasında sərhədlər ikitərəfli razılıq əsasında müəyyənləşməlidir və hazırda Qırğızıstan parlamenti Özbəkistanla sərhədin delimitasiyası və demarkasiyası haqqında qanun layihəsini nəzərdən keçirir.
Sovet İttifaqı dağıldıqdan sonra uzunluğu 1300 kilometrdən çox olan Qırğızıstan-Özbəkistan sərhəd xətti boyunca bir çox mübahisəli ərazilər qalıb. Hər iki dövlətin müstəqil olduğu 30 ilə yaxın müddət ərzində Bişkek və Daşkənd demarkasiya və delimitasiya ilə bağlı razılığa gələ bilməyib. 2017-ci ilin payızında proses intensivləşib və 2022-ci ilin əvvəlinə qədər təxminən 50 mübahisəli ərazinin olduğu 230 kilometrlik hissədən başqa bütün sərhəd xətti müəyyənləşib.
Hər iki ölkə tərəfindən imzalanan sonuncu saziş layihəsi Qırğızıstanın təxminən 19 min hektar, Özbəkistanın isə 4,5 min hektar ərazisinin, o cümlədən 1983-cü ildə inşa edilən “Kempir-Abad” (Əndican) su anbarının mübahisəli ərazi statusunda qaldığını nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər anbarın su ehtiyatlarını paritet şərtlərlə idarə edəcək.
Qeyd edək ki, Qırğızıstan Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla həmsərhəddir. Respublikanın Tacikistan və Özbəkistanla sərhədinin delimitasiya və demarkasiya prosesi hələ də başa çatmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts