Qeydiyyatdan keçən bakalavrlar qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə bilərlər

Tokio, 8 iyun , /AJMEDIA/

Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AJMEDIA-ya bildirilib ki, qeydiyyatdan keçən bakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib iyunun 10–17-də vərəqədə göstərilən ünvanda imtahanda iştirak etməlidirlər.
Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts