Professor Abbas Seyidov Gədəbəydə aparılan arxeoloji qazıntılarla tanış olub

Tokio, 19 iyul , /AJMEDIA/

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov Gədəbəy rayonu ərazisindəki “Qız qalası” və ya yerli əhali tərəfindən “Namərd qala” adlanan abidədə dosent Tükəzban Alıyeva tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, rayonun Söyüdlü kəndi yaxınlığında yerləşən abidə çətin çıxılan dağ üzərində, ətrafı meşələrlə örtülü olan, füsunkar gözəlliyə malik ərazidə yerləşir. İlkin araşdırmalara və memarlıq xüsusiyyətlərinə görə abidənin tikintisi XII əsrə – Azərbaycan Atabəyləri dövlətinin mövcud olduğu dövrə aid edilir. Qala divarları iri sal daşlar üzərində bişmiş kərpicdən istifadə edilməklə, çox möhtəşəm quruluşa malikdir.
Abidənin tədqiqatçısı Tükəzban Alıyeva məlumat verib ki, artıq 10 gün müddətində aparılan arxeoloji qazıntı işləri mühüm nəticələrlə yadda qalıb. Belə ki, iki gün abidənin içərisi və ətrafı ot-ələfdən təmizlənib. Qalada yerləşən otaqların içərisində təmizlik işləri aparılıb. Otaqlardan birində 1,2-1,4 metr dərinlikdə torpaq qatı təmizləndikdən sonra, otağın içərisindən biri-birinə əks istiqamətdə iki yolun olduğu müəyyən edilib. İndi burada qazıntı işləri və yolların təmizlənməsi işləri aparılır.
Qeyd edək ki, “Qız qalası”ndan təxminən 2.5 kilometr məsafədə Albaniya dövlətinə mənsub “Mahrasa” (“Mah” sözü həm türkcə, həm də farsca “Ay” deməkdir) məbədi yerləşir. Abidənin eramızın IV-V əsrlərində tikildiyi ehtimal edilir. Abidədə arxeoloji qazıntılar davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts