Professor Abbas Seyidov Azərbaycan-Almaniya birgə ekspedisiyasının apardığı arxeoloji tədqiqatlarla tanış olub

Tokio, 18 iyul , /AJMEDIA/

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov Almaniya Arxeologiya İnstitutu ilə bağlanmış müqaviləyə əsasən, birgə ekspedisiyanın Ağdam və Ağcabədi rayonları ərazisində apardığı arxeoloji qazıntı işləri ilə tanış olub.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, ekspedisiyanın məqsədi Qarabağ düzənliyində yerləşən, eramızdan əvvəl VI-IV minilliklərə aid yaşayış məskənlərində müxtəlif elm sahələrinin köməyilə arxeoloji tədqiqatların aparılmasının səmərəliliyinə nail olmaqdır.
Baş direktor ilk olaraq Ağdam rayonunun Eyvazlı kəndi ərazisində 1984-1990-cı illərdə mərhum arxeoloq, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun tədqiq etdiyi Leylatəpə abidəsində bu gün müasir üsullarla aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.
Almaniya tərəfindən ekspedisiyanın rəhbəri Mark İserlis qazıntılar haqqında məlumat verib.
Azərbaycan tərəfdən isə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Xəqani Alməmmədov bu il eyni mədəniyyətə aid 13 abidəyə baxış keçirildiyini, dronla çəkilişlər, topoqrafik işlər aparıldığını, 3D modellərinin hazırlandığını söyləyib.
İkinci baxış yeri Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində yerləşən Canavartəpə abidəsi olub. Arxeoloji qazıntı işləri və maddi mədəniyyət nümunələri ilə yaxından tanış olan baş direktor arxeoloqlara işlərində uğurlar arzulayıb və onlarla fikir mübadiləsi aparıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts