Papua-Yeni Qvineyada güclü zəlzələ olub, ölənlər və yaralananlar var

Tokio, 11 sentyabr , /AJMEDIA/

Papua-Yeni Qvineyanın şərqindəki Morobe əyalətində zəlzələnin səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 3 nəfər həlak olub.
AJMEDIA xəbər verir ki, Associated Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində yaralananlar da var. Bir neçə tibb mərkəzi, binalar və yollar zədələnib. Digər təfərrüatlar barədə məlumat verilməyib.
Hazırda zəlzələnin vurduğu ziyanın miqyasının qiymətləndirilməsi üzrə işlər aparılır.
Avropa Aralıq Dənizi seysmoloji mərkəzinin məlumatına görə, bazar günü Papua-Yeni Qvineyada 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri ada dövlətin paytaxtı Port Morsbi şəhərindən 348 kilometr şimal-qərbdə yerləşib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts