Pambıq lifi və ipliyinin ixracında azalma olub

Tokio, 19 fevral , /AJMEDIA/

Yanvar ayında 8374 ton pambıq lifi, 717 ton pambıq ipliyi ixrac olunub.
AJMEDIA Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 15,5 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 2 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 22,4 milyon dollar olmaqla 10,4 min ton pambıq lifi, məbləği 4,3 milyon dollar olmaqla 1017 ton pambıq ipliyi ixrac edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts