Pambığın ixrac dəyəri 7%-dən çox artıb

Tokio, 18 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan 86 512,75 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

İxracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 7,3% artıb.

Hesabat dövründə ölkədən 72 852,2 min dollar dəyərində 32 815,8 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər göstəricisi üzrə 5,6% çox, həcm göstəricisi üzrə isə 30% azdır.

Cari ilin yanvar-mart ayları ərzində ölkədən 13 269,88 min dollar dəyərində (artım 29,3%) 3 147,1 ton (azalma 21,5%) iplik pambıq ixrac olunub.
Pambıq idxalının dəyəri 1 114,93 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,4% azdır. Bu ilin ilk üç ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,04% təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts