Pakistan şirkəti Azərbaycana əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlıdır

Tokio, 11 yanvar , /AJMEDIA/

Pakistanın İBL şirkəti Azərbaycanın sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlıdır.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AJMEDIA-ya bildirilib ki, qurumun İdarə Heyətinin sədri Elşad Nuriyev Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və bu ölkənin ən böyük şirkətlərindən olan İBL Qrupun baş icraçı direktoru Seyid Nadim Əhmədlə görüşüb. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayan Elşad Nuriyev, pakistanlı iş adamlarını Azərbaycanın sənaye zonalarına sərmayə qoymağa dəvət edib.
Görüşdə İBL şirkətinin sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlı olduğu diqqətə çatdırılıb, Pirallahı Sənaye Parkının rezidentləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts