Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Tokio, 24 fevral , /AJMEDIA/

Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
AJMEDIA xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan regionlararası forumunun açılışında deyib.
“Böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu gün bizim praktiki əməkdaşlığımız getdikcə inkişaf edir və daha çox sahələri əhatə edir. Tarixdə ilk dəfə olaraq ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 6 dəfə artıb”, – Saidov bildirib.
O, həmçinin əlavə edib ki, Azərbaycan ilə avtomobil sənayesi, energetika, neft-kimya, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələr uğurla həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts