Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistana 700 milyon avro dəyərində sərmayə yatırıb

Tokio, 5 fevral, /AJMEDIA/

Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Özbəkistanda 700 milyon avro dəyərində 22 investisiya layihəsi həyata keçirib.

AJMEDIA Özbəkistan İnvestisiya və Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunlar alternativ energetika, infrastruktur sahələri, kiçik və orta biznesin inkişafı və digər sahələri əhatə edir.

Məlumatda bildirilir ki, bu il ərzində bank ölkə iqtisadiyyatı ilə bağlı 838 milyon avro dəyərində 11 böyük layihə həyata keçirəcək. Bu layihələr enerjiyə qənaət edən texnologiyaların tətbiqi, iqlim dəyişkənliyinin fəsadları ilə mübarizə, ətraf mühitin mühafizəsi və digər istiqamətlərə tətbiq ediləcək.

Qeyd olunur ki, ümumiyyətlə Özbəkistanın AYİB ilə əməkdaşlığı dövründə 2,8 milyard avro dəyərində 106 layihə reallaşdırılıb. Bunun da 48 faizi özəl sektoru əhatə edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts