Orxan Məmmədov: Ölkədə gömrük statuslu depolar fəaliyyətə başlamalıdır

Tokio, 20 dekabr , /AJMEDIA/

Azərbaycanda yük daşımaları, o cümlədən tranzit daşıma prosesində hər hansı müştərinin hesabında və ya sənədlərində problem ortaya çıxdığı halda məsələ həll edilənə qədər TIR-lar yüklə bərabər gözləmə məcburiyyətində qalır, bu isə bəzən günlər və ya həftələrlə uzana bilər.
AJMEDIA xəbər verir ki, bu fikirləri KOBİA-nın sədri Orxan Məmmədov “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdə deyib.
O bildirib ki, burada beynəlxalq təcrübəni nəzərə alaraq nəqliyyat vasitələrinin idxal və tranzit yükləmələrində boşdayanmaların qarşısının alınması üçün ölkə ərazisində gömrük statuslu depoların fəaliyyətə başlamasını təklif etmək olar.
“İdxal-ixrac fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlar bir çox hallarda prosedurlardan məlumatsızdırlar. Baxmayaraq ki, həm qida təhlükəsizliyi, həm də gömrük prosedurlarının bir çox hissəsi elektronlaşdırılıb, lakin prosesin həyata keçirilməsi və aidiyyəti qurumlardan məlumatların əldə edilməsindəki bəzi çətinliklər KOB-lar üçün maneələr yaradır. Təklif edirəm, idxal-ixrac prosedurlarının bütün mərhələləri üzrə məlumatların açıq elektron resurslarda yerləşdirilməsi təmin olunsun, eyni zamanda, sənədləşmə prosedurları sadələşdirilsin”, – deyə Orxan Məmmədov əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts