On bir ayda Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsindən 5,2 milyard dollar qazanıb

Tokio, 7 Dekabr, /AJMEDIA/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində yanvar-noyabr aylarında 5 milyard 272 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə AJMEDIA-ya ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 154 milyard 677 milyon dollar olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts