“Nesat” qasırğası Filippində 180 mindən çox insana təsir edib

Tokio, 20 oktyabr , /AJMEDIA/

Filippinin ən böyük adası olan Luson yaxınlığından keçən “Nesat” qasırğası 181,1 min insana zərər vurub.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, Filippin hakimiyyət orqanlarının məlumatına əsasən, təhlükəli zonalardan təxliyə edilən 578 min köçkün müvəqqəti sığınacaqlara yerləşdirilib. Eyni zamanda, 3,75 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Təbii fəlakət nəticəsində həlak olan və itkin düşənlər barədə məlumat verilmir.
Qasırğa 220 evə ziyan vurub, 59-nu tamamilə dağıdıb. 34 infrastruktur obyektinə dəyən zərər 81,5 milyon peso (1,38 milyon dollar) dəyərində qiymətləndirilir. Həmçinin 50 yol və 13 körpü yararsız hala düşüb, 30 şəhərdə elektrik enerjisi təchizatında problemlər qeydə alınıb, 34 təhsil müəssisəsində dərslər dayandırılıb. Ölkənin kənd təsərrüfatına 366 milyon peso (6,22 milyon dollar) zərər dəyib.
Oktyabrın 16-da Sakit okeanın qərbində formalaşan və Filippinin şimalından keçən “Nesat” qasırğası bu mövsüm Asiyada qeydə alınan 20-ci tropik siklondur. Meteoroloqların proqnozlarına görə, hazırda saniyədə 4,2 metr sürətlə qərbə doğru irəliləyən qasırğa oktyabrın 21-də Vyetnamın şimal rayonlarına çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts