Naxçıvanlı gənc “Dünya Gənclər Festivalı 2024”də iştirak edib

Tokio, 8 mart , /AJMEDIA/

Rusiyanın Soçi şəhərində keçirilən “Dünya Gənclər Festivalı 2024” tədbirində Naxçıvandan olan gənc Aslan Səfərov da iştirak edib.

AJMEDIA xəbər verir ki, o, Naxçıvana aid məlumatların dünyanın hər yerindən gələn gənclərə çatdırılmasına öz töhfəsini verib.

Festival biznes, media, beynəlxalq əməkdaşlıq, mədəniyyət, elm, təhsil, könüllülük, xeyriyyəçilik, idman və ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərən gənc liderləri bir araya gətirib.

Qeyd edək ki, “Dünya Gənclər Festivalı 2024” hər kəs üçün daha humanist və ədalətli gələcək arzulayan gəncləri birləşdirmək məqsədilə həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts