Naxçıvanda ilin ilk ağacəkmə aksiyası keçirilib

Tokio, 2 mart , /AJMEDIA/

Muxtar respublikada Uzunoba su anbarının yuxarı hissəsində – 4,3 hektar sahədə dövlət-özəl təşkilatların nümayəndələrinin və 40-dan çox ekokönüllünün iştirakı ilə ilin ilk ağacəkmə aksiyası keçirilib.

AJMEDIA xəbər verir ki, aksiyada müxtəlif növ 2100 ədəd ağac tingi əkilib. Yaşıl Dünya Naminə Həmrəylik İli ilə əlaqədar keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts