“Nasirəddin şahın yol qeydləri” kitabı işıq üzü görüb

Tokio, 25 dekabr, /AJMEDIA/

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Nasirəddin şahın yol qeydləri” kitabı işıq üzü görüb.

AJMEDIA xəbər verir ki, institutdan AZƏRTAC-a bildirilib ki, yeni nəşrin ideya müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlova, tərcümə, “Ön söz” və izahların müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Əkbər Nəcəfdir.

Kitab Qacarlar sülaləsinin dördüncü hökmdarı olan Nasirəddin şahın ölkədaxili səfərləri ilə yanaşı, hakimiyyətdə olduğu müddətdə Avropaya 3 dəfə səyahət etdiyi zaman öz əli ilə qələmə aldığı və bu gün İran dövlət arxivlərində saxlanılan yol qeydləri – səyahətnamələrinin Cənubi Qafqaza aid olan hissələrinin tərcüməsindən ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts