Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi davam edir

Tokio, 31 avqust , /AJMEDIA/

Elm və Təhsil Nazirliyi sisteminə aid ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi davam edir.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AJMEDIA-ya bildirilib ki, vakansiya seçimi proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçirilir. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.
Namizədlər sentyabrın 1-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts