Müəllimlərin işə qəbulu müsabiqəsində Ağalı kənd məktəbinə vakant yerlər çıxarılıb

Tokio, 30 iyul , /AJMEDIA/

Böyük Qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq. Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunub.
Bu barədə AJMEDIA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi artıq başlayıb. Namizədlər iyulun 30-u saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts