Mikrobiologiya İnstitutu işğaldan azad olunmuş ərazilərin tədqiqatını Şuşada davam etdirir

Tokio, 21 Sentyabr, /AJMEDIA/

AMEA-nın institutlarında işğaldan azad edilmiş ərazilərimizdə tədqiqatların aparılması əsas vəzifə kimi qarsıya qoyulub və bununla bağlı elmi müəssisələr tərəfindən görüləcək işlərin proqramı müəyyənləşdirilib. Mikrobiologiya İnstitutunda da həmin proqrama əsasən müvafiq vəzifələrin yerinə yetirilməsinə başlanılıb.

Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib. Bildirilib ki, ilk olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işğaldan azad olunmuş ərazilərdən gətirdiyi su, eləcə də torpaq nümunələrinin mikrobioloji analizi həyata keçirilib, may ayında isə institutun əməkdaşı Füzuli rayonundakı çaylardan nümunələr götürüb və mikrobioloji analiz edilib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun məktubuna əsasən institutun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri dosent Könül Baxşəliyeva, dosent Anar Hüseynov, elmi işçilər Gülnarə Həsənova və Əfsanə Cəmilli Şuşa şəhərinə ezam ediliblər. Ezamiyyətin məqsədi şəhəri içməli su ilə təmin edən təbii mənbələrin bioloji, ilk növbədə, mikrobioloji-toksikoloji təhlükəsizliyinin təminatı ilə bağlı elmi-metodik xarakterli məsləhətləşmələr aparmaq, nümunələr götürmək və gələcəkdə görülməsi zəruri olan işlər haqqında fikir mübadiləsi aparmaqdır. Şuşaya ezam olunan əməkdaşlar təhlükəsizliklə bağlı ANAMA-nın nümayəndələrinin təlimatına əsasən şəhərin su təminatına aid mənbələrdən nümunələr götürüblər, bəzi göstəricilər yerində müəyyənləşdirilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi rəhbərliyinin yaratdığı əlverişli şərait institut əməkdaşlarına bitkilərdən və torpaqlardan da nümunələr götürməsinə imkan verib.

Əməkdaşlar götürdükləri nümunələri institutun Mikrobioloji biotexnologiya, Su mikrobiologiyası, Eksperimental mikologiya və Torpaq mikrobiologiyası laboratoriyalarına təqdim ediblər və artıq onların laborator analizləri həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts