Məktəblərə direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsində 1000-dən çox namizəd iştirak edəcək

Tokio, 25 sentyabr , /AJMEDIA/

Oktyabrın 1-də Bakı və Sumqayıt şəhərlərində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Elm və Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur. Mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.
Namizədlər qiymətləndirmə meyarları ilə linkdə tanış ola bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts