Laçında polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik xidmət aparılır

Tokio, 1 sentyabr , /AJMEDIA/

Laçın rayonunun inzibati ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətini bərpa edib. Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov rayonun komendantı təyin olunub.
AJMEDIA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.
Qeyd edib ki, rayon ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik olaraq xidmət aparılır. Rayona səfər edən qonaqların təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə təşkil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts