Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində 10 minədək şagird iştirak edib

Tokio, 25 aprel , /AJMEDIA/

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) aprelin 24-də 84 mərkəzdə 10 minə yaxın şagirdin iştirakı ilə keçirilib. Şagirdlər nəticələrini ttm.edu.az saytı vasitəsilə şəxsi kabinetlərindən öyrənə bilərlər.
Bu barədə AJMEDIA-ya Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, Təhsil İnstitutu tədbirin ölkəmizdə keçirilməsi üçün bu müsabiqə üzrə fəaliyyət göstərən Beynəlxalq Komitədən razılıq əldə edib. Müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.
Müsabiqənin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts