“Kənd təsərrüfatının dayanıqlı inkişafında institusional innovasiyaların rolu: Çin nümunəsi” mövzusunda təlim

Tokio, 23 Sentyabr, /AJMEDIA/

“Hökumətlərarası təqaüd proqramları” (HTP) məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda, onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.

Təhsil Nazirliyindən AJMEDIA-ya bildirilib ki, sentyabrın 24-də saat 18:00-da keçiriləcək növbəti təlim “Kənd təsərrüfatının dayanıqlı inkişafında institusional innovasiyaların rolu: Çin nümunəsi” mövzusuna həsr edilib.

Təlimçi HTP çərçivəsində Çində kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili almış Nadir Nadirlidir.

Təlimdə iştirak etmək üçün nazirliyin saytında yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts