İxraca göndərilən neft məhsullarının həcmi artıb

Tokio, 16 fevral , /AJMEDIA/

Yanvar ayında ölkədən 68 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 45 milyon ABŞ dollarından çoxdur.
Bu barədə AJMEDIA-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Xatırladaq ki, ötən ilin müvafiq ayında Azərbaycandan 36 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 17,1 milyon dollar olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts