İtaliyada Azərbaycanın yeni diaspor təşkilatı rəsmi qeydiyyata alınıb

Tokio, 21 yanvar, /AJMEDIA/

İtaliyanın Merano şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun “ECN Mədəniyyət Assosiasiyası” adlı yeni təşkilatı dövlət qeydiyyatından keçib.

AJMEDIA xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, multikultural dəyərlərə malik Meranoda yaşayan soydaşımız Mehriban Ağayevanın təşəbbüsü ilə təsis edilən təşkilatda müxtəlif millətlərin nümayəndələri təmsil olunur.

Xocavənd rayonunda anadan olan Mehriban Ağayeva ixtisasca hüquqşünasdır. 2013-cü ildən etibarən ailəsi ilə birlikdə Merano şəhərində yaşayır. Meranoda Azərbaycan tarixini, mədəniyyətini və mətbəxini davamlı olaraq təbliğ edən soydaşlarımızdan biridir.

Qeyd edək ki, M.Ağayevanın da ailəsi erməni işğalının bütün ağrı-acıları ilə üzləşib. Qaradağlı faciəsi zamanı erməni cəlladları onun 32 qohumunu qətlə yetirib, ailəsi isə məcburi köçkün həyatı yaşayıb. Mehriban Ağayeva 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılmasında xüsusi fəallığı ilə seçilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts