İtaliya Ticarət Palatası Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq memorandumu imzalamaq niyyətindədir

Tokio, 7 aprel , /AJMEDIA/

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ilə İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAAZERCOM) rəhbəri və Azərbaycan Sahibkarlar Konfederasiyasının İtaliyadakı nümayəndəsi Manuela Traldi arasında görüş keçirilib.

ASK-dan AJMEDIA-ya verilən məlumata görə, konfederasiya prezidenti bildirib ki, bu il İtaliya-Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu münasibətlə Manuela Traldiyə öz təbriklərini çatdıran ASK rəhbəri ölkələrimiz arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğulayıb.

Görüşdən məmnunluğunu ifadə edən Manuela Traldi daha sonra İtaliya Ticarət Palatası ilə ASK arasında əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib.

Tədbirdə, həmçinin Azərbaycanda sənaye parklarındakı şərtlərlə bağlı suallar cavablandırılıb. Ölkələrarası viza qaydalarının sadələşdirilməsi, biznes səfərlərinin təşkilində aktivliyin artırılması, eləcə də Qarabağın investisiya imkanları müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts