İsmayıllının Enişdibi kəndinə mavi yanacaq verilib

Tokio, 11 fevral , /AJMEDIA/

İsmayıllı rayonunun Enişdibi kəndi mavi yanacaqla təmin olunub.
AJMEDIA xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllıda əhalinin mavi yanacağa olan tələbatının ödənilməsi sahəsində görülmüş işlərdən söz açıb. Dövlət başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlərin görüldüyü diqqətə çatdırılıb, rayon əhalisinin 90 faizinin mavi yanacaqla təmin olunduğu vurğulanıb.
Kənd sakinləri əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşüb, Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda kənd sakinlərinin təklifləri dinlənilərək, onları narahat edən digər bir sıra problemlərin yaxın gələcəkdə aradan qaldırılması istiqamətində işlərin görüləcəyi qeyd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts