İslandiya avqustun 1-dən Moskvadakı səfirliyini bağlayacaq

Tokio, 9 iyun , /AJMEDIA/

İslandiya avqustun 1-dən Rusiyadakı səfirliyinin işini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəlib.
AJMEDIA xəbər verir ki, bu barədə cümə günü İslandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik Rusiya səfirini çağıraraq, onu qərarla bağlı məlumatlandırıb.
İslandiya XİN, həmçinin Rusiya Federasiyasından “Reykyavikdə fəaliyyətin miqyasını azaltmağı” və diplomatik missiyanın statusunu aşağı salmağı tələb edib.
Bəyanatda qeyd olunur ki, Moskvadakı səfirliyin fəaliyyətini dayandırmaq qərarı Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Şərait imkan verən kimi səfirliyin fəaliyyətinin bərpası məsələsinə “prioritet olaraq” diqqət yetiriləcək.
Hazırda İslandiyanın Rusiya ilə kommersiya, mədəni və siyasi qarşılıqlı əlaqələri ən aşağı səviyyədədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts