İraqda terrorçuların təhlükəsizlik qüvvələrinə qəfil hücumu nəticəsində 7 hərbçi həlak olub

Tokio, 28 Sentyabr, /AJMEDIA/

İraqın Diyala vilayətində terrorçularla təhlükəsizlik qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində 7 hərbçi həlak olub.

AJMEDIA İraqın “Saberin news” kanalına istinadla xəbər verir ki, radikal islamçı qruplaşmaların bəzi nümayəndələri müxtəlif bölgələrdə gizlənərək hərbi hissələrə və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil ediblər. Hücumların almaq məqsədilə İraq ordusu ilə birlikdə təhlükəsizlik qüvvələri Kərkük, Səlah-əd-Din, Əl-Anbar, Mosul, Diyala, Əl-Tarmiyə və başqa bölgələrdə əməliyyatlar keçiriblər.

Diyala bölgəsində keçirilən əməliyyat zamanı terrorçular təhlükəsizlik qüvvələrinə gözlənilmədən hücum ediblər. Hücum nəticəsində 7 əsgər həlak olub, 4-ü isə yaralanıb. Buna baxmayaraq, əməliyyat başa çatdırılıb və terrorçular məhv edilib.

İraq hökuməti bildirib ki, bölgələrdə antiterror əməliyyatları sonuncu terrorçu zərərsizləşdirilənədək davam etdiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts