İndoneziya polisi Yaponiyada COVID-19 pandemiyası zamanı subsidiyalarla fırıldaqçılıqda şübhəli bilinən şəxsi həbs edib

Tokio, 9 iyun , /AJMEDIA/

İndoneziya polisi Yaponiyada COVID-19 pandemiyası zamanı subsidiyalar proqramı ilə fırıldaqçılıqda şübhəli bilinən şəxsi həbs edib.
AJMEDIA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, fırıldaqçılıqda şübhəli bilinən Mitsuhiro Taniquçi İndoneziya polisi tərəfindən Yaponiya hökuməti onun pasportunu ləğv etdikdən sonra həbs edilib.
Qeyd edilir ki, M.Taniquçi İndoneziyada biznesini davam etdirmək məqsədilə 2020-ci ilin dekabrında Yaponiyanı tərk edib. Cari ilin mayında Yaponiya polisi onun keçmiş həyat yoldaşını və iki oğlunu qeyri-qanuni yolla COVID-19 pandemiyası ilə əlaqədar subsidiyalar almaqda şübhəli qismində həbs edib.
Həmin subsidiyalar hökumət tərəfindən pandemiyadan zərər çəkən kiçik şirkətlər üçün nəzərdə tutulurdu.
Müstəntiqlərin qənaətinə görə, həmin ailənin üzvləri və onların əlbir olduğu şəxslər fırıldaqçılıq yolu ilə təqribən 900 milyon yen (7 milyon dollar) məbləğində subsidiya alıblar.
Hazırda polisin M.Taniquçunin Yaponiyaya ekstradisiya olunması ilə bağlı sorğu hazırladığı qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts