Hacıqabulda növbəti dəfə zəlzələ olub

Tokio, 5 mart , /AJMEDIA/

Gün ərzində Hacıqabul rayonunda növbəti dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AJMEDIA-ya bildirilib ki, yerli vaxtla saat 20:12-də Şirvan stansiyasından 30 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.1-ə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib. Həmçinin saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.
Ümumiyyətlə, bu gün Hacıqabul rayonunda gün ərzində 5 dəfə zəlzələ baş verib.
Zəlzələlər hiss edilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts