Görkəmli türkoloq alim ölkəmizin İrandakı səfirliyinə hücumu şiddətlə qınayıb

Tokio, 30 yanvar , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində dünya şöhrətli görkəmli türkoloq alim, professor Əhməd Bican Ərcilasun ilə görüşüb.
Akademiyadan AJMEDIA-ya bildirilib ki, Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücumu şiddətlə qınayan professor Əhməd Bican Ərcilasun bu basqını dəhşətli terror hadisəsi adlandırıb, xalqımızla həmrəy olduğunu ifadə edib.
Görüşdə türkologiya elminin qarşısında duran vəzifələrdən bəhs edilib, bu istiqamətdə indiyədək Azərbaycanda və Türkiyədə aparılmış tədqiqatlardan və birgə elmi-tədqiqat işlərinin davam etdirilməsinin əhəmiyyətindən söz açılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts